Musiqi və vokal dərslərimizlə uşaqlarınız yaradıcılığını kəşf edir, özünəinam qazanır və sənətin sehrli dünyasına addımlayır.

Musiqi və vokal dərslərimizlə uşaqlarınız yaradıcılığını kəşf edir, özünəinam qazanır və sənətin sehrli dünyasına addımlayır.


İnsan dünyaya gəldiyi andan musiqinin dilini başa düşür. Musiqi yaradıcılıq və xarakteri inkişaf etdirir, musiqi təhsili isə IQ-nu hətta 20%-ə qədər artırır! Siz mərkəzimizdə fortepiano, gitara, zərb alətləri və skripka üzrə maraqlı dərslərə şahid olacaqsınız. Uzun əsrlərdir ki, fortepianoda ifa dinləyiciləri valeh etməyə və heyran qoymağa davam edir. Fortepianoda ifa sənətinə malik olmaq hərəkət koordinasiyasının inkişafına müsbət təsir göstərir, şagirdin məlumatı daha tez yadda saxlayaraq öyrənməsini asanlaşdırır, əzmkarlığı inkişaf etdirir və diqqəti yaxşılaşdırır. Övladınız öz potensialını aşkarlamağa layiqdir! Gitara üzrə hər bir dərs maraqlı kəşflərlə müşayiət olunur. Bizim dərslərimizdə uşaqlar başlanğıc mövzulardan tutmuş əsas gitara akkordları, musiqi nəzəriyyəsi, simli alətdə ifanın əsasları və s. kimi qabaqcıl texnikalara qədər mövzuların geniş spektrinə yiyələnəcəklər. Biz blüz, caz, rok və klassika kimi janrları şagirdlərimizlə birlikdə araşdırırıq.


Möhtəşəm bir musiqi səyahətinə rəvac verməkdən ötrü mərkəzimiz bütün əsas texnika və nəzəriyyələri öyrətməklə zərb alətlərində ifaya sevgini aşılamaq üçün gözəl bir imkan yaradır. Zərb alətlərində ifa nəinki ritm hissini inkişaf etdirir, həmçinin fiziki dözümlülüyü və stresə tab gətirməni artırır. Uşaq və yeniyetmələr musiqidən həyəcana gələcək, ilham alacaq və ovsunlanacaqlar. Skripka elə bir sehrli və özünəməxsus akustik alətdir ki, hisslərin bütün spektrini ötürməyə qadirdir. Uşaqlara skripkada ifanın öyrədilməsi yaddaşı məşq etdirir, beyinin istifadə olunmayan sahələrinin inkişafına yardım göstərir və ustalığın ən incə təfərrüatlarına yiyələndirir. Buna yalnız not hissələrini öyrənmək zərurəti deyil, həm də alətdə ifanın xüsusiyyətləri təkan verir ki, bu zaman əllərin asinxron hərəkətlər etməsi yeni sinir əlaqələrinin yaranmasına gətirib çıxarır. İncə tarda ifa etmək qədim köklərlə əlaqə saxlamağa, alətdən məxməri və eyni zamanda gur səs çıxarmağa imkan verir. Məlumdur ki, tar müstəsna milli musiqi alətlərindən biridir ki, onun üçün xüsusi olaraq əsərlər yazılır. Uşaqlara tar çalmaq biliklərini ötürərək, milli adət-ənənələrə ehtiram edirik.
Maraqlı vokal dərsləri yaddaşı yaxşılaşdırır, improvizasiya qabiliyyətini inkişaf etdirir, nitq fəaliyyətini stimullaşdırır və nəfəsalmanı normallaşdırır. Biz, ilk növbədə, ifanın əsas prinsiplərinə və düzgün vokal texnikasının tətbiqinə diqqət yetiririk. Övladlarınız bizim pedaqoqlarımız vasitəsilə qısa müddət ərzində utancaq və ifa edə bilməyən uşaqlardan özünəinamlı balaca vokalçılara çevriləcəklər!