Sanat Art Center böyük və zəngin kitabxana, işıqlı rəqs və şahmat otaqları, müasir avadınlıqlarla təchiz olunmuş tətbiqi-dekorativ sənət studiyaları, 7 ədəd komfortlu musiqi otağı, rahat konsert zalı, gözəl atmosferə malik caz klubu və ailəvi restoranın yerləşdiyi üç mərtəbədən ibarətdir. Pastel tonlarda işlənmiş interyer həm uşaqların, həm də böyüklərin əhvalına müsbət təsir göstərir.Mərkəzin müəllimləri uşaqların hərtərəfli inkişafına can atır və onlara özünəməxsus yolunu tapmağa kömək edirlər. İnklüziv yanaşma isə hər bir şagirdə özünü dərsdə bərabərhüquqlu iştirakçı kimi hiss etməyə şərait yaradacaq.
Yüklənir...
30 %





