Zəkaların oyunu! Strateji düşüncəni inkişaf etdirir, analitik bacarıqları təkmilləşdirir və qərarlar verməyə ilham yaradır.

Zəkaların oyunu! Strateji düşüncəni inkişaf etdirir, analitik bacarıqları təkmilləşdirir və qərarlar verməyə ilham yaradır.


Şahmat oynamaq zəkaların oyunu olmaqla yanaşı, uşaqların strateji düşüncə qabiliyyətini inkişaf etdirir və onları hərtərəfli analiz aparmağa təşviq edir. Həyatda düzgün qərarların qəbul edilməsi üçün vacib olan analitik bacarıqlar məhz şahmat dərsləri vasitəsilə formalaşır. Bu möhtəşəm oyunun öyrənilməsi uşaqlara problemləri daha dərin analiz etmək, səbəb-nəticə əlaqələrini anlamaq və müxtəlif situasiyalarda ən optimal həlli tapmaq kimi həyati bacarıqlar qazandırır.
Mərkəzimizdə şahmat dərsləri maksimum 12 şagird üçün nəzərdə tutulub ki, bu da müəllimin hər bir uşağa fərdi yanaşmasına və onların potensialını maksimum dərəcədə inkişaf etdirməsinə imkan yaradır. Dərslər həm yeni başlayanlar, həm də təcrübəli şahmatçılar üçün xüsusi olaraq tərtib edilib. Hər bir dərs mövzusu uşaqların maraq dairəsinə uyğun olaraq interaktiv və əyləncəli şəkildə keçirilir. Övladınız burada həm öyrənəcək, həm də öz düşüncə tərzini bir üst səviyyəyə qaldıracaq!

